“Mançester Siti” 10 milyon avroluq transferə hazırlaşır

İngiltərənin “Mançester Siti” klubu yeni transferə hazırlaşır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” “Fluminense”dən Kaykini transfer edə bilər. Məlumata görə, 17 yaşlı futbolçunun keçidi üçün bütün detallarda razılıq əldə edilib. Premyer Liqa klubu bu keçid üçün qarşı tərəfə 10 milyon avro ödəyəcək.

Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir. Lakin anlaşmaya görə, braziliyalı futbolçu “Mançester Siti”nin əsas komandasına 2022-ci ildə qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button