Maksim Medvedev millidən gedəcəyi vaxtı açıqladı: “Keçmişə baxanda gülürəm”

“Qarabağ”ın kapitanı Maksim Medvedev Premyer Liqanın 18-ci turu çərçivəsində baş tutan “Qəbələ” ilə matçdan sonra mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun müdafiəçisi 5:1 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

  • İntensiv oyun oldu. Böyük turnirdə oynamırıq. Bu mənada oyuna köklənmək çətindir. Birinci hissədə bundan əziyyət çəkirdik. Amma ikinci yarıya çıxanda tam başqa futbol oynadıq. Hər şey istədiyimiz kimi alındı.
  • Bəs yaxşı köklənsəydiniz neçə qol vurardınız?
  • İstər-istəməz böyük komandalara qarşı oynayanda başqa cür hazırlaşırsan. Konsentrasiyanı oyuna yönəldirsən. Yerli çempionat oyununa hansısa futbolçu rahat çıxır, tam konsentrasiya aşağı olur. Çalışmalıydıq ki, bunu qaldıraq. Hər il bizdə bu cür problem olur. Baş məşqçi də demişdi ki, belə problem ola bilər.
  • Penalti sizi nə dərəcədə qıcıqlandırdı?
  • Oyun gedə-gedə əsəbləşdik ki, bu cür penalti verdilər qapımıza. Ancaq sonradan videoya baxdıq və gördük ki, Medina rəqibi tutur və doğru qərar verilib. Ola bilər, əsəbləşirdik.
  • Sənə elə gəlmir ki, Avropa Liqasında Marsel “Olimpik”ini (Fransa) keçə bilməməyinizə çempionatımızın səviyyəsinin aşağı olması imkan vermədi?
  • İnanmıram ki, nə vaxtsa Azərbaycanda elə səviyyə olsun ki, Marsel klubu ilə matça çıxaq və bərabər səviyyəli futbol oynayaq. Bu komanda başqa səviyyədir. Amma bizim çempionatımızın da səviyyəsi aşağı deyil. Sadəcə, daha da çox çalışmaq lazımdır. Güclü legionerlər gəlsə, daha yaxşı rəqabət olar. Gələn mövsüm komanda sayı artırılacaq. Bəlkə daha maraqlı olacaq. Daha böyük rəqabət olsa, böyük komandalara qarşı inamlı oynaya bilərik.
  • 33 yaşın olmasına baxmayaraq, hələ də idman formanı yaxşı saxlamısan…
  • İnsanın özündən çox şey asılıdır. Gənclikdə çox səhvlərim olub. İndi keçmişə baxanda hərdən gülürəm, peşman oluram. Ki, kaş bunu etməzdim. Peşəkar olmaq yalnız məşq etməklə deyil.
  • Rəşad Sadıqovun avrokuboklardakı oyun sayında rekordunu qırdın. Bəs, millidə 100 oyuna çatan ikinci futbolçu olacaqsan?
  • Millidə çox oynamaq çətindir. İnanmıram ki, Rəşadın rekorduna çatım. Çünki 1 ildən sonra milli ilə vidalaşmağa qərar verəcəyəm. 34-35 yaçında milli karyerasını davam etdirən az futbolçu var. Gərək 3 il də oynayım ki, buna çatım. Amma zaman göstərəcək. 100 oyuna çatmağım üçün sağlam olmağım da vacibdir. Eyni zamanda milli komandada nəticə də qazanmaq istəyirəm.

Məhəmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button