Mahirli “Dinamo”dan çətin qələbə

Futbol üzrə Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Riyeka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Emreli də bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.

“Dinamo” 6 turdan sonra 7 xalla 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button