Mahirin keçmiş baş məşqçisi Levandovskini hansı klubda görmək istəyir?

Polşa millisinin baş məşqçisi Çeslav Mixnieviç “Bayern”dən ayrılmaq istəyən polşalı hücumçu Robert Levandovskini görmək istədiyi klubun adını açıqlayıb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, baş məşqçi, Levandovskini “Liverpul”da görmək istədiyini deyib:

“Robert Levandovskini “Liverpul”da görmək istərdim. Mən bu klubu dəstəkləyirəm”.

Levandovskinin “Bayern”lə müqaviləsi 2023-cü ildə başa çatır. O, ötən mövsüm Münhen klubunun heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 50 qol vurub və 7 məhsuldar ötürmə edib. Xarici mətbuatda yayılan xəbərlərə görə, hücumçuya əsas namizəd İspaniya “Barselona”sıdır.

Mixneviç Polşa millisindən əvvəl azərbaycanlı hücumçu Mahir Emrelinin də formasını geyindiyi “Legiya” klubunun baş məşqçisi postunda olub. Mahir hazırda Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button