Mahir Emrelinin klubunda baş məşqçi ayrılığı – rəsmi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu baş məşqçi Çeslav Mixneviçlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Varşava təmsilçisinin rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Mixneviçi baş məşqçi postunda Marek Qolebievski əvəz edəcək.

“Legiya” Polşa Ekstraklasasında 12 turdan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button