Mahir Emrelinin klubu baş məşqçini istefaya göndərdi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb, Xorvatiya) baş məşqçisi İqor Bişçanla yolları ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Zaqreb təmsilçisi 45 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyini bildirib.

Bişçan aprelin 6-da bu vəzifəyə təyin olunmuşdu. Komanda onun baş məşqçiliyi altında çıxdığı 17 matçın 10-da qələbə qazanıb, 5 dəfə məğlub olub və 2 dəfə heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button