Mahir Emreli uzun fasilədən sonra qol vurdu

Almaniyanın 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” də bu gün növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Karlsrue”ni qəbul edib və 3:0 hesablı qələbəyə sevinib.

83-cü dəqiqədə meydana buraxılan Mahir qarşılaşmanın 90+4-cü dəqiqəsində komandasının sonuncu qolunu vurub.

“Kayzerslautern” turnir cədvəlində 40 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button