Mahir Emreli: “Azarkeşlər çox sayda mesajlar göndərdilər”

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubundakı çıxışı haqda danışıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı hücumçu “Treffpunkt-betze” nəşrinə açıqlamasında 2-ci Bundesliqanın 26-cı turunda “Karlsrue” ilə oyunda qol vurması barədə danışıb:

“Azarkeşlər çox sayda mesajlar göndərdilər. Mənə inandıqlarını göstərdilər. Derbi atmosferi digər matçlardan fərqlidir. Baş məşqçi ilə yaxşı münasibətim var. Zədəli olanda komandadan bir az uzaqda qaldım. Baş məşqçidən daha çox oyun vaxtı qazanmaq üçün nə edə biləcəyimi soruşdum. O, məşqdəki çıxışımdan razıdır. Cəmi beş dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram”.

Sözügedən qarşılaşmada komandasının sonuncu qoluna imza atan Emreli onun üçün emosional an olduğunu deyib:

“Çünki son bir neçə həftə və ay çətin dövr oldu. Belə qarşılaşmada, fantastik atmosferdə ilk qolumu vurmaq (“Kayzerslautern” forması ilə 2-ci Bundesliqada) məni çox xoşbəxt edir. Xüsusən də, zədə səbəbindən yaranan uzun fasilədən sonra”.

“Kayzerslautern” “Karlsrue”ni üç cavabsız qolla üstələyib. 83-cü dəqiqədə meydana çıxan Mahir 90+4-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button