Məşhur futbolçu Danimarka klubuna keçdi

İngiltərə millisinin keçmiş futbolçusu Cek Uilşirin klubsuz günləri başa çatıb.

Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını Danimarkada davam etdirəcək. “Arsenal”ın keçmiş futbolçusu “Orxus” klubuna keçib. O, yeni klubu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.

Uilşirin son klubu “Bornmut” olub. 2021-ci ilin yayında Çempionşip təmsilçisindən ayrılan futbolçu həmin vaxtdan etibarən klubsuz idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button