“Mənim “Liverpul”umla Kloppun komandasını müqayisə edə bilməzsiz”

“Liverpul”un keçmiş baş məşqçisi Rafael Benites komandasının Yurgen Kloppun hazırkı komandası ilə müqayisə edilməməsinin səbəbini açıqlayıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, müqayisənin uğursuz olacağını bildirib:

“Mənim “Liverpul”umla Kloppun komandasını müqayisə edə bilməzsiz. Onda mənim 20 milyon avro büdcəm var idi. Mənə deyə bilərsizmi ki, “Liverpul” indi bu məbləğə kimləri ala bilər? Heç kimi!”

Benites 2004-2011-ci illərdə “Liverpul”u çalışdırıb.

“Liverpul” cari mövsümdə Premyer Liqada lider “Mançester Siti”dən bir xal geri qalaraq, ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button