“Mənim hərəkətlərimə heç kimin qiymət verməsi lazım deyil” – Messi

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi uşaqlıqdan özünü tənqid etdiyini deyib.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, argentinalı hücumçu futbol baxımından ilk tənqidçisinin özü olduğunu bildirib:

“Hazırda özümü tənqid edirəm. Futbol baxımından ilk tənqidçi mənəm. Mənim hərəkətlərimə heç kimin qiymət verməsi lazım deyil. Oyunumda nəyinsə lazım olduğu kimi getmədiyini ilk özümdən soruşan mənəm”.

36 yaşlı futbolçu ötən yaydan Amerikanın “İnter Mayami” klubunda çıxış edir. O, bu mövsüm 3 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button