“Məncə, “Barselona”da Messini geri qaytarmaq üçün çox həvəs yox idi”

Argentina millisinin keçmiş hücumçusu Karlos Teves hesab edir ki, Lionel Messinin “İnter Mayami”yə keçməsi düzgün qərar olub.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Teves, Messinin keçmiş klubu “Barselona”nın onu geri qaytarmaqda elə də həvəsli olmadığını bildirib:

“Leo ən çox “Barsa”ya qayıda bilməməkdən əziyyət çəkdi. O, vəziyyətdən asılı olaraq qərar verdi. Messi “Barselona”ya qayıtmaq istəmirdi ki, sonradan komanda yoldaşları satılsın, maaşları azalsın və yenə “kino”da pis adam kimi görünsün. Məncə, “Barsa”da Messini geri qaytarmaq üçün çox həvəs yox idi.

Leo MLS-ə meyl etdi, o, Mayamini sevir. Messi və ailəsi burada rahatlıq tapacaq. Düşünürəm ki, o, tamamilə düzgün bir şey etdi. Avropada o, yalnız “Barselona”da oynamaq istəyirdi, ona görə də, düzgün qərar verdi”.

Messi bir neçə gün əvvəl PSJ-dən ayrılaraq, “İnter Mayami”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button