Məmmədov “Neftçi”də 7-ci oldu

Azərbaycan Premyer Liqasının 3-cü turu “Neftçi”nin qapıçısı Aqil Məmmədov üçün yubileylə əlamətdar olub.

Komanda.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ”la səfər matçı (2:1) qolkiperin Premyer Liqada “ağ-qaralar”ın heyətində keçirdiyi 50-ci oyun kimi yadda qalıb. O, 2015-16-ci illərdə də şərəfini qoruduğu paytaxt təmsilçisinə 2019-cu ildə qayıdıb. Məmmədov bu müddətdə keçirdiyi 50 görüşdə 57 top buraxıb.

Aqil Azərbaycan çempionatlarında “Neftçi”də 50 və daha çox oyun keçirən 7-ci qapıçıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button