Məhəmmədəliyevdən Super Liqada uğursuz debüt

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubunda debüt edib.

Komanda.az xəbər verir ki, 29 yaşlı qolkiper Super Liqanın 6-cı turu çərçivəsində “Kasımpaşa”ya qarşı keçirdikləri səfər matçında meydana çıxıb.

19-cu dəqiqədə qapıçı Ertaç Özbir birbaşa qırmızı vərəqə aldığı üçün Məhəmmədəliyevə ehtiyac duyulub. O, 23-cü dəqiqədə Yusuf Sarını əvəzləyib. Meydan sahibləri bundan iki dəqiqə sonra hesabı açıblar. 51-ci dəqiqədə isə Şahruddin penaltidən daha bir qol buraxıb.

Məhəmmədəliyevin komandası yekunda 1:2 hesabıyla məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button