Oğlu təyyarə qəzasında öldü, özü…

Bir müddət əvvəl təyyarə qəzasında həlak olan mərhum futbolçu Emiliano Salanın ailəsində itki baş verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Salanın atası Horasio vəfat edib. 58 yaşlı Horasionun ölümünə səbəb, ürəyinin qəfildən dayanması olub.

“Nant”dan “Kardiff Siti”yə transfer olunan Emiliano Sala, yanvar ayında təyyarə qəzasında həyatını itirib.