Mərakeş millisinin sabiq üzvü vəfat etdi – 31 yaşında

Mərakeş milli komandasının sabiq futbolçusu Məhəmməd Abarhun vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə mərhum müdafiəçinin formasını geyindiyi “Rizəspor” klubunun mətbuat xidməti məlumat yayıb. Abarhun xərçəng xəstəliyindən əziyyət çəkirdi və 31 yaşında vəfat edib.

Karyerası ərzində Türkiyədə “Rizəspor” və Portuqaliyada “Moyrense” klubunda forma geyinən Abarhun, Mərakeş yığmasında 7 oyun keçirib.