“Alonso qışqırmır, əksinə, komandanı hərəkətə gətirir” – “Qarabağ”ın qapıçısı

“Bayer”in sabiq qapıçısı Andrey Lunyov komandanın baş məşqçisi Xabi Alonso haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qarabağ”ın qolkiperi ispaniyalı çalıçdırıcının qışqırmadığını, əksinə, komandanı hərəkətə gətirdiyini bildirib:

“Alonso çox sakitdir. Eyni zamanda, o, enerjili şəkildə sövq edir, pıçıltı ilə danışan Kurban Berdiyev kimi deyil. Alonso qışqırmır, əksinə, komandanı hərəkətə gətirir. Xüsusilə, diqqəti saxlamaq vacib olduğu anlarda”.

“Bayer” Alonsonun rəhbərliyi altında tarixində ilk dəfə Almaniya çempionu olub.

Lunyov hazırda “Qarabağ”da çıxış edir. Onunla klub arasında müqavilənin müddəti bu ilin iyun ayının sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button