Lüksemburqlu qapıçı Bakıya gəlməyəcək – Koronovirusa görə

Lüksemburq millisinin əsas qapıçısı Antoni Morisin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycana qarşı keçiriləcək oyunda iştirak etməyəcəyi dəqiqləşib.

Komanda.az xəbər verir ki, bu barədə Lüksemburq mətbuatı məlumat yayıb.

Belçikanın “Yunion” klubunda çıxış edən 31 yaşlı qolkiperin koronavirus testinin cavabı müsbət çıxıb.

Onun əvəzinə yığmaya “Fola” komandasının üzvü Manu Kabralın cəlb olunacağı gözlənilsə də, baş məşqçi Lük Holts başqa qərar qəbul edib. 52 yaşlı mütəxəssis ata olacağı üçün yığmanın düşərgəsinə qoşulmaq istəməyən digər qapıçı Ralf Şonu fikrindən daşındıra bilib. Beləliklə, Bakıdakı oyunda Morisi Norveçin “Brann” klubunun qolkiperi əvəzləyəcək.

Noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button