“Sabah”ın futbolçusunun qardaşı üçün 23 milyon funt-sterlinq

İngiltərənin “Arsenal” klubu “Feyenoord”un futbolçusu Orkun Kökçünü heyətinə qatmaq niyyətindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun baş məşqçi Mikel Artetanın heyətdə görmək istədiyi 19 yaşlı futbolçu üçün qarşı tərəfə təklif ediləcək məbləğ də bəllidir. “Topçular” növbəti mövsüm üçün heyətinə qatmaq istədiyi Kökçü üçün Niderland klubuna 23 milyon funt-sterlinq ödəməyə hazırdır.

Türkiyənin U-21 komandasının da üzvü olan Orkunun “Feyenoord”la müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Orkunun qardaşı Ozan Can Kökçü Azərbaycan millisində və “Sabah” klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button