“Liverpul”un itkiləri ilə bağlı açıqlama

İngiltərə Premyer Liqasının növbəti turunda “Brayton”la qarşılaşacaq “Liverpul” bu matça itkilərlə çıxacaq.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, heyətdəki itkilərlə bağlı danışan baş məşqçi Yurgen Klopp, keçən ay “Mançester Siti” ilə oyunda zədələnən Joel Matipin və Cordan Hendersonun son məşqdə iştirak etdiyini deyib:

“Matip dünən zədədən sonra ilk dəfə komandayla məşqdə iştirak etdi. Bu, yaxşıdır, amma biz gözləməliyik. Henderson da bugünkü məşqə qoşulacaq. Bunlar bizim üçün sevindiricidir. Adam Lallana ilə Deyan Lovren isə olmayacaq. Hazırda tam olaraq neçə nəfərin hazır olduğunu bilmirəm. Vəziyyət budur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button