Ərəblərdən “Liverpul”un futbolçusuna 3 illik müqavilə təklifi

“Liverpul”un və Braziliya yığmasının qapıçısı Alisson Bekker Səudiyyə Ərəbistanı çempionatına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı qolkiper Səudiyyə Ərəbistanı klublarından birindən sərfəli təklif alıb.

Adı açıqlanmayan klub braziliyalı futbolçuya üç illik müqavilə təklif edir.

Alisson 2018-ci ildən “Liverpul”da çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button