“Liverpul”da ciddi itki – 2 həftə olmayacaq

“Liverpul”un futbolçusu Alisson Bekker sıradan çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp yerli mətbuata açıqlamasında deyib. O, braziliyalı qapıçının Premyer Liqanın son turunun “Brayton”la səfər matçında (1:1) zədələndiyini bildirib.

Alisson zədə səbəbindən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.