“Liverpul”un futbolçusu 3 oyun olmayacaq?

İngiltərənin “Liverpul” klubunun zədəli futbolçusu Fabinyonun vəziyyətinə aydınlıq gəlib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Premyer Liqanın növbəti turu çərçivəsində bu gün keçiriləcək “Vest Hem”lə oyunda iştirak etməyəcək. Baş məşqçi Yurgen Klopp futbolçunun üç oyunu buraxa biləcəyini vurğulayıb. Alman mütəxəssis Fabinyonun “Mançester Siti” ilə oyuna qədər hazır olacağını da istisna etməyib.

“Liverpul” – “Mançester Siti” oyunu fevralın 7-də keçiriləcək.

Bu gün keçiriləcək “Vest Hem” – “Liverpul” oyunu isə saat 20:30-da başlayacaq.