“Liverpul”un daha 2 futbolçusu finalı buraxacaq

“Liverpul”un yarımmüdafiəçisi Kertis Cons və hücumçu Dioqo Jota ” Çelsi” ilə İngiltərə Liqa kubokunun final oyununda iştirak edə bilməyəcək. 

Komanda.az “The Times” nəşrinə istinadən xəbər verir k, buna səbəb onların zədələrini sağalda bilməməsidir.

Daha əvvəl Mersisayd təmsilçisinin daha iki əsas futbolçusu – Trent Aleksander-Arnold və Dominik Soboszlainin turnirin həlledici görüşünü buraxacağı bildirilib.

“Çelsi” – “Liverpul” oyunu fevralın 25-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button