“Arsenal”a 1 qol bəs etdi

İngiltərə Premyer Liqasında 34-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış oyununda “Lester” “Nyukasl”la qarşılaşıb. Qonaqlar bu görüşdə minimal hesabla qalib gəliblər.

Turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. “Tottenhem” “Haddersfild”i 4 cavabsız qolla məğlub edib. Səfərdə “Brayton”la qarşılaşan “Bornmut” daha böyük hesabla qələbə qazanıb. “Bernli” “Kardiff Siti”ni, “Fulhem” “Everton”u, “Sauthempton” isə “Vulverhempton”u məğlub yola salıb. “Mançester Yunayted” də “Vest Hem”lə ev oyunundan çətin qələbə ilə ayrılıb.

“Mançester Siti” bu turda “Kristal Pelas” səfərinə yollanıb. Qarşılaşma liderin növbəti qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi görüşündə “Liverpul” doğma azarkeşləri önündə “Çelsi”ni qəbul edib. London klubu bu görüşdə 2 cavabsız qolla məğlub olub.

Son oyun günündə bir görüş baş tutub. “Arsenal” səfərdə “Uotford”la qarşılaşıb. London təmsilçisi bu oyunda minimal hesabla üstün olub.

İngiltərə Premyer Liqası, 34-cü tur

12 aprel

Lester – Nyukasl 0:1
Qol
: A.Peres, 32.

13 aprel

Tottenhem – Haddersfild 4:0
Qol
: Vanyama, 24. Moura, 27; 87; 90.

Brayton – Bornmut 0:5
Qol
: Qoslinq, 33. Freyzer, 55. Bruks, 74. Kallum, 82. Stanislas, 90.

Bernli – Kardiff Siti 2:0
Qol
: K.Vud, 31; 90.

Fulhem – Everton 2:0
Qol
: Kerni, 46. Babel, 69.

Sauthempton – Vulverhempton 3:1
Qol
: Redmond, 2; 30. Lonq, 71 – Boli, 28.

Mançester Yunayted – Vest Hem 2:1
Qol
: Poqba, 19; 80 – F.Anderson, 49.

14 aprel

Kristal Pelas – Mançester Siti 1:3
Qol
: Milivoyeviç, 81 – Sterlinq, 15; 63. Q.Xesus, 90.

Liverpul – Çelsi 2:0
Qol
: Mane, 51; Salah, 53.

15 aprel

Uotford – Arsenal 0:1
Qol
: Obameyanq, 10.

Bombardir: Serxio Aquero (Mançester Siti)19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button