“Liverpul”la oyundan əvvəl “Barselona”da itki

“Barselona” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Osman Dembele zədələnib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Dembele, La Liqanın 36-cı turunda, “Selta” ilə görüşün (0:2) 6-cı dəqiqəsində zədələnərək, yerini Aleks Kolladoya verib. Fransız futbolçunun son durumu tibbi müayinələrdən sonra bilinəcək.

“Barselona”nın baş məşqçisi Ernesto Valverde, Dembelenin Çempionlar Liqasının yarımfinalının “Liverpul”la cavab oynununda iştirak edə bilməyəcəyini açıqlayıb.

“Liverpul” – “Barselona” görüşü mayın 7-də keçiriləcək. Komandalar arasındakı ilk oyun “Barselona”nın 3:0 hesablı qələbəsiylə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button