“Liverpul” “Qarabağ”la oyunda tarixi göstəriciyə imza atıb

“Liverpul” UEFA Çempionlar Liqasının 8-ci turunda “Qarabağ”a qarşı oyunda turnir tarixində son illərin ən yüksək göstəricilərindən birinə imza atıb.

Komanda.az “Stata Football” teleqram kanalına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi rəqib qapısına düz 38 zərbə endirib ki, bu da Çempionlar Liqasında son 10 mövsüm ərzində bir komanda üçün ən yüksək nəticədir.

Dünən “Enfild”də baş tutan qarşılaşma “Liverpul”un tam üstünlüyü şəraitində keçib. Slovakiyalı hakim İvan Krujlyakın idarə etdiyi matçda meydan sahibləri 6:0 hesablı inamlı qələbə qazanıblar.

Çempionlar Liqasının cari mövsümünün finalı bu ilin mayın 30-da Budapeştdə yerləşən “Pușkaş Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button