“Liverpul”da iki ayrılıq

“Liverpul” iki futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, İngiltərə klubu müdafiəçisi Ben Devisi Şotlandiya “Reyncers”inə, Tom Kleytonu isə “Suindon Taun”a satıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Şotlandiyanın U-21 yığmasının da üzvü olan Kleyton, “Suindon Taun”la 2 illik müqavilə bağlayıb. Bu transferin digər detalları açıqlanmayıb.

Ben Devis isə “Reyncers”lə 4 illik müqaviləyə imza atıb. Şotlandiya klubunun bu transfer üçün İngiltərə nəhənginə 4.7 milyon avro ödədiyi bildirilir. 26 yaşlı ingilis futbolçu 2021-ci ilin fevralında “Liverpul”a transfer olunsa da, bu komandada heç bir rəsmi oyuna çıxmayıb. O, geridə qalan mövsümdə də icarə əsasında “Şeffild Yunayted”də forma geyinib.

“Liverpul” iki futbolçusunu da icarəyə verib. 19 yaşlı müdafiəçi Ouen Bek qarşıdakı mövsümün sonuna qədər Portuqaliyanın “Famalikan” klubunda forma geyinəcək. Uelsin U-21 yığmasının da üzvü olan sol cinah müdafiəçisi 2015-ci ildən İngiltərə klubunda olsa da, hələ əsas komandada debüt etməyib.

21 yaşlı müdafiəçi Ris Uilyams da “Blekpul”a icarəyə verilib. İngilis futbolçu qarşıdakı mövsümün sonunadək bu komandada çıxış edəcək. O, daha öncə “Kidderminster Harriers” və “Suonsi Siti”də də icarədə oynayıb. Gənc futbolçu “Liverpul”un əsas komandasında da 19 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button