“Liverpul”da 5 illik müqavilə

İngiltərənin “Liverpul” klubu müdafiəçisi Joel Matiplə müqavilə yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa nəhəngi 28 yaşlı futbolçu ilə müqavilənin müddətini 2024-cü ilin sonuna qədər uzadıb. Kamerun yığmasının formasını geyinən Matipin mövcud müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaqdı.


Almaniyada anadan olan, bu ölkənin “Şalke” klubunun yetirməsi olan Joel, “Liverpul”da 2016-cı ildən çıxış edir. O, bu komandada 107 oyuna çxıb, bu mövsüm isə 2 qola da imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button