Barkola İngiltərə klubuna keçə bilər

PSJ-nin vingeri Bredli Barkola karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” fransalı futbolçunun vəziyyətini yaxından izləyir. İddialara əsasən, PSJ 23 yaşlı oyunçunu təxminən 90 milyon avro qarşılığında satmağa hazırdır.

“Liverpul” bu transfer üçün yalnız Kodi Qakponun komandadan ayrılacağı halda hərəkətə keçəcək. Daha əvvəl “Arsenal”ın da Barkolanın transferi üçün PSJ-yə təklif göndərməyə hazırlaşdığı barədə xəbərlər yayılmışdı.

Barkola ötən mövsüm bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button