“Liverpul” – “Milan” matçında 5 qol – VİDEO

İngiltərənin “Liverpul” və İtaliyanın “Milan” klubunun sabiq futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Komanda.az xəbər verir ki, mersisaydlılara məxsus “Enfild Roud” stadionunda xeyriyyə məqsədiylə təşkil olunan görüşdə Stiven Cerrard, Andrea Pirlo, Maykl Ouen, İrji Dudek, Dida, Kafu, Cimi Karrager, Cibril Sisse, Paulo Maldini, Kaka, Filippo İnzaqi, Ruy Koşta, Cennaro Qattuzo, Cüzeppe Pankaro kimi ulduzlar iştirak ediblər. Qarşılaşma “Liverpul” əfsanələrinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İngilislərin heyətində Robbi Fauler (25-ci dəqiqə), Sisse (52) və Cerrard (80) fərqləniblər. “Milan”ın qollarını isə Pirlo (61-ci dəqiqə) və Pankaro (78) vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button