“Liverpul” türk futbolçu üçün İspaniyaya skaut göndərib

“Liverpul” klubunun skautları DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunun Norveç – Türkiyə matçını (0:3) stadiondan izləyiblər.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin nümayəndələri İspaniyada baş tutan qarşılaşmada Türkiyə yığmasının qapıçısı Uğurcan Çakırı izləyiblər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Liverpul” növbəti mövsümdə heyətini yeni qapıçı ilə gücləndirmək istəyir və ən böyük namizədlərdən biri Uğurcandır. Premyer Liqa klubu 24 yaşlı futbolçu ilə bağlı qərarını yaxın zamanda verəcək.

Türkiyənin “Trabzonspor” klubunda çıxış edən Uğurcanın “transfermarkt”da dəyəri 16 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button