Klopp onu “Liverpul”da görmək istəyir

“Lill”in və Kanada millisinin hücumçusu Conatan Devid karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Liverpul” 22 yaşlı futbolçunun xidmətində maraqlıdır. Almaniyalı baş məşqçi Yurgen Klopp hücumçunu komandasında görmək istəyir.

Devid bu mövsüm “Lill”in heyətində 17 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button