“Liverpul” – “Barselona”: Əfsanələrin görüşü keçiriləcək

“Liverpul”la “Barselona” klubunun əfsanələri arasında yoxlama oyunu keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qarşılaşma 2020-ci il, martın 28-də, “Enfild Roud” stadionunda keçiriləcək.

Yoxlama oyunundan əldə edilən gəlir “Liverpul” klubuna məxsus xeyriyyə fonduna köçürüləcək.

Əfsanələrin oyununda “Liverpul”un heyətində Fernando Torres, İrji Dudek, Luis Qarsiya, Xose Enrike, Fabio Aurelio, “Barselona”nın heyətində isə Patrik Klyuvert, Edqar Davids, Xavyer Saviola, Juliano Belletti kimi keçmiş ulduzlar forma geyinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button