“Liverpul” finalda!

İngiltərə Liqa Kubokunda sonuncu finalçı müəyyənləşib.

Komanda.az xəbər verir ki, sonuncu yarımfinal görüşü “Liverpul”la “Fulhem” arasında baş tutub.

Bu oyunda qalib müəyyənləşməyib. Nəticədə ilk oyunu qalib başa vurmuş “Liverpul” finala yüksəlib.

Sözügedən komanda finalda “Çelsi”ylə qarşılaşacaq.

İngiltərə Liqa Kuboku
Yarımfinalın cavab oyunları

23 yanvar

Çelsi – Midlsbro 6:1 (ilk oyun 1:0)
Qollar: Houson, 15-öz qapısına. E.Fernandes, 29. Disasi, 36. Palmer, 42; 77. Madueke, 81 – Rocers, 88.

24 yanvar

Fulhem – Liverpul 1:1 (ilk oyun 1:2)
Qollar: İ.Diop, 77 – L.Dias, 11.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button