“Liverpul” bu mövsüm çempion olmağa layiqdir” – Ukraynalı futbolçu

İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Aleksandr Zinçenko koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ukraynalı futbolçu, ölkədəki vəziyyət və Premyer Liqayla bağlı danışıb:

“Heç kim çempionatın nə vaxt bərpa olunacağını bilmir. Nəzərə alaq ki, İngiltərədə bu mövzulara daha yavaş reaksiya göstərirlər. Ölkəyə karantin tətbiq olunur, amma məncə, bu, daha əvvəl edilməli idi.

İngiltərə Premyer Liqasına gəlincə, mövsümü bitirməliyik. Çünki çempionluq uğrunda mübarizə aparmaq üçün şans var. Amma reallıqla üzləşməliyik, “Liverpul” bu mövsüm çempion olmağa layiqdir”.

İngiltərə Premyer Liqası pandemiya səbəbiylə aprelin 30-dək dayandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button