
“Liverpul” göstərdi ki, Avropanın ən güclüləri ilə rəqabət aparmağa qadirdir”
“Liverpul”un baş məşqçisi Arne Slot yay transfer dövründə görüləcək işlər və komandanın gələcək planları barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis komandanın potensialının yüksək olduğunu bildirib:
“Liverpul” Avropanın ən güclü klubları ilə rəqabət apara bilər. Gələcək PSJ ilə ev oyununa (0:2) baxanlar üçün parlaq görünür. Komanda göstərdi ki, Avropanın ən güclüləri ilə rəqabət aparmağa qadirdir. Bu, artıq güclü komandadır, amma Endryu Robertson və Məhəmməd Salahın gedişindən sonra bəzi dəyişikliklərə ehtiyac var”.
Baş məşqçi transfer planlarına da toxunaraq, konkret say üzərində dayanmadığını vurğulayıb:
“Neçə transfer lazım olduğunu düşünmürəm. Mən konkret mövqelərə və hansı futbolçuların gedəcəyinə fokuslanıram. Yayda nə baş verəcəyini gözləyək, sonra nəyə ehtiyac olduğunu daha yaxşı anlayacağıq”.
Bizi Facebook-da izləyin



