Litva Belarus millisinə qarşı oyunlardan imtina edəcək

Litva Futbol Federasiyasının prezidenti Edqaras Stankeviçyus bildirib ki, qadınlardan ibarət milli komanda 2025-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belarusa qarşı keçirəcəkləri oyunlardan imtina edəcək.

Komanda.az LRT radiosuna istinadən xəbər verir ki, federasiya prezidenti UEFA-dan sanksiyaların yalnız texniki məğlubiyyətlə məhdudlaşacağına ümid etdiyini bildirib:

“İdman komponentindən danışsaq, çox əlverişlidir. Hər üç komandanı məğlub etmək olar, lakin biz Belarus milli komandası ilə oynamaq fikrində deyilik. Ümid edirəm ki, UEFA-dan sanksiyalar texniki məğlubiyyətlə məhdudlaşacaq və futbolçularımız seçmə mərhələdə iştirakını davam etdirəcəklər. Mənim üçün ən vacibi odur ki, diskvalifikasiya olunmayaq”.

Rusiya qoşunları 2022-ci il fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button