Liqa 1 klubu “Qarabağ”ın legionerini transfer etmək istəyir

Fansa Liqa 1-də çıxış edən “Tuluza” “Qarabağ”ın futbolçusu Abdullah Zubiri transfer edə bilər.

Komanda.az “lequotidiendusport.fr”-a istinadən xəbər verir ki, cari mövsümdə Avropa Liqasındakı çıxışı ilə diqqətləri cəlb edən fransalı yarımmüdafiəçinin “Qarabağ”dan ayrılacağı gözlənilir.

Daha əvvəl Fransa çempionatında “Lans” və “Qrenobl”da forma geyinmiş 32 yaşlı futbolçunun “Tuluza”ya keçəcəyi istisna olunmur.

Zubirin “Qarabağ”la müqaviləsi bu yay başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button