Liqa 1-dən Ronaldolu “Əl-Nəsr”ə 19 milyonluq transfer

“Əl-Nəsr” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu “Lans”ın yarımmüdafiəçisi Seko Fofananı heyətinə qatıb.

Kristiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” bu transfer üçün 19 milyon avro ödəyib. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Fofana ötən mövsüm “Lans”ın heyətində 39 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə verib. O, “Udineze”, “Bastiya” və “Fulhem”də də çıxış edib. Seko Fil Dişi Sahili yığmasında da 8 oyuna çıxıb, 3 qol vurub.

“Lans”ın polşalı hücumçusu Adam Buksa da Türkiyənin “Antalyaspor” klubuna keçib. Super Liqa təmsilçisi 27 yaşlı forvardı satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.

Fransa klubu Buksanı ötən il 6 milyon avro qarşılığında heyətinə qatıb. Polşalı forvard Liqa 1 təmsilçisində cəmi 8 matça çıxsa da, fərqlənə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button