“Lids”in yeni baş məşqçisi bilindi – Rəsmi

İngiltərənin “Lids” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sem Ellardays baş məşqçi postuna təyin edilib.

Müqaviləyə əsasən, o, mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək.

12 oyunluq fəaliyyətdən sonra “Lids”dən ayrılan ispaniyalı Xavi Qrasiyanı əvəzləyən Ellardaysın debütü mayın 6-na təsadüf edəcək. “Lids” həmin gün Premyer Liqanın 35-ci turunda “Mançester Siti”nin qonağı olacaq.

“Lids” hazırda 30 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button