“Leyptsiq” baş məşqçi postuna onu gətirmək istəyir

Almaniyanın “Leyptsiq” klubu Marko Rouzun komandaya baş məşqçi təyin olunması ilə bağlı danışıqlar aparır.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub 45 yaşlı alman mütəxəssisə 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə təklif edib.

Sentyabrın 7-də “Leyptsiq” 2021-ci ilin dekabrından komandaya rəhbərlik edən Domeniko Tedeskonun istefa verdiyini açıqlayıb.

Marko Rouz hazırda işsizdir. Onun əvvəlki klubu 2021-ci ilin iyulundan 2022-ci ilin mayına kimi çalışdığı Dortmund “Borussiya”sı olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button