“Barselona” Levandovskini satmağa hazırdır 

“Barselona”nın hücumçusu Robert Levandovski klubdan ayrıla bilər.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, maddi problemlər yaşayan Kataloniya təmsilçisi bir neçə futbolçunu satmağı planlaşdırır.

İspaniya təmsilçisi yaxşı təklif gələcəyi təqdirdə, yayda polşalı forvardı satmağa hazırdır.

“Barselona” Robert Levandovskini 2022-ci ilin yayında “Bayern”dən transfer edib.

35 yaşlı futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 34 matçda 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button