Levandovski: “Biz çox xoşbəxtik”

“Barselona”nın polşalı hücumçusu Robert Levandovski İspaniya çempionatının 25-ci turunun “Selta” ilə oyununu (2:1) şərh edib.

Komanda.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, bu qələbənin növbəti oyunda komanda üçün motivasiya olacağını söyləyib:

“Biz çox xoşbəxtik. Çünki Çempionlar Liqasının “Napoli” ilə oyunundan əvvəl qalib gəlmək inamımız üçün vacib idi. İlk hissə çox yaxşı keçdi, qol vurmağı bacardıq və yaxşı oynadıq. Biz vahid bir komanda kimi fəaliyyət göstərdik. Bu asan deyildi. Ümid edirəm ki, “Napoli” ilə oyunda daha yaxşı çıxış edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button