
“Layiqli qələbə oldu” – Azər Bağırov
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan danışıb.
Komanda.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:
“Fürsətdən istifadə edib, “Qarabağ”ı təbrik edirəm. “Qarabağ”a qarşı oyunun nə qədər çətin olacağını bilirdik. Mənim fikrimcə, maraqlı oyun alındı. Futbolçularımız yaxşı mübarizə apardılar. Əslinə qalsa, bu hesabı təxmin etmirdim. Ancaq oyundan əvvəl uşaqlara edə bilməyəcəyimiz heç nəyin olmadığını söylədim. Fikrimcə, layiqli qələbə oldu”.
Nəzrin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



