“Layiqli heç-heçə etdik” – Elmar Baxşıyev

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, 38 yaşlı mütəxəssis bunları söyləyib:

“Qarabağ” brend klubdu. Oyunun necə çətin keçəcəyini bilirdik. Həftəlik hazırlıq proqramı üzrə komandamızı matça kökləməyə çalışır, hansı taktika ilə oynayacağımız üzərində işləyirdik. Düşünürəm ki, öz oyun üslubumuzu tətbiq edə bildik. Layiqli heç-heçə etdik. Biz məşqçilər hər gün komanda ilə ünsiyyətdəyik və bəzi komponentlərdə artırdığını görürük. Komanda oyuna hazır idi. Fasilə dövründə yoxlama oyunu da keçirdik. Planlaşdırdığımızı “Zirə” ilə həmin görüşdə də gördük. Bunun davamını da “Qarabağ”la matçda gətirdik. Komandada heç nəyi dəyişməsək də, futbolçular nəticə qazanmağa inanmağa başlayıb. Onlar bir-birinə inanırlar. Bizim üzərimizə komandanı oyunlara optimal formada gətirmək düşür. Bu uğurun sahibi isə futbolçulardı. “Qarabağ” adı kifayət edir ki, futbolçular maksimum motivasiya, güc və istəklə çıxsınlar, özlərini sübut etməyə çalışsınlar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button