Laporta: “Hakimlər bizi tamamilə bitirməyə çalışırlar”

“Barselona”nın sabiq prezidenti Xuan Laporta İspaniya futbolunda hakimliklə bağlı qalmaqallı açıqlama verib.

Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, o, komandasının uğursuz oyunlar zamanı hakimlərin təzyiqi ilə üzləşdiyini iddia edib və dolayı şəkildə “Real”a üstünlük göstərildiyini bildirib:

“Pis oynadığımız zaman hakimlər bizi tamamilə bitirməyə çalışırlar. Digərlərinin problemi olanda isə onlara kömək edirlər. “Real”ın futbolçuları üzməyi çox yaxşı öyrəniblər – hovuzda peşəkar kimi dalış edirlər”.

“Barselona” son iki qarşılaşmada məğlub olub. Kataloniya təmsilçisi əvvəlcə İspaniya kubokunun yarımfinalında “Atletiko”ya 0:4 hesabı ilə uduzub, daha sonra isə La Liqada “Jirona”ya məğlub olub – 1:2. Hər iki oyunda hakim qərarları müzakirələrə səbəb olub.

Hans-Diter Flikin rəhbərlik etdiyi komanda növbəti matçını fevralın 22-də “Levante”ye qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button