La Liqada mövsümün ən yaxşı məşqçisi bəlli oldu

Futbol üzrə İspaniya La Liqasında 2018/19 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Xetafe”ni çalışdıran Xose Bordalas ötən mövsümün ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, “Xetafe” sözügedən məşqçinin rəhbərliyi altında ötən mövsümü La Liqada 5-ci pillədə başa vurub. Bu mövsüm isə o, komandasını Avropa Liqasının pley-offuna çıxarıb və ölkə çempionatında 17 turdan sonra dördüncü yerdə gedir.

55 yaşlı mütəxəssis “Xetafe”ni 2016-cı ildən çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button