
La Liqa klubu “sükan”ı Demiçelisə tapşırdı – Rəsmi
Argentinalı mütəxəssis Martin Demiçelis İspaniya çempionatında işə başlayıb. O, “Malyorka”nın yeni baş məşqçisi təyin olunub.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulan qısamüddətli müqavilə imzalanıb. Anlaşmada əməkdaşlığın daha bir mövsüm uzadılması üçün xüsusi bənd də yer alıb.
Demiçelisin İspaniyaya gəlməzdən əvvəlki son iş yeri Meksikanın “Monterrey” klubu olub. O, ötən il həmin komandadan ayrılmışdı.
“Malyorka” hazırda La Liqada qalmaq uğrunda mübarizə aparır. Komanda 25 turdan sonra topladığı 24 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



