La Liqa klubu antirekordu təkrarlayıb

“Almeriya” İspaniya La Liqasının antirekordunu təkrarlayıb.

Komanda.az xəbər verir ki, bu, komandanın 24-cü turda evdə “Atletik”lə qolsuz heç-heçə etməsi ilə reallaşıb.

Əndəlüs təmsilçisi çempionatda keçirdiyi son 27 matçın heç birində qalib gələ bilməyib. Bunların 9-da bərabərliyə nail olan “Almeriya” 18-də meydanı xalsız tərk edib.

Daha əvvəl 2021-2022-ci illərdə “Levante” 16 məğlubiyyət və 11 heç-heçə ilə oxşar seriyaya malik idi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button